Dünya
Kim Çen Inın iştirak etdiyi iclasda mühüm qərar - FOTO
Şimali Koreyanın müdafiə naziri No Qvan Çhol vəzifəsindən azad edilib. Oxu.Az bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir. Qərar avqustun 29-da Koreya Fəhlə Partiyasının (KFP) Mərkəzi Hərbi Komitəsinin II iclasında qəbul edilib. İclasda Şimali Koreya lideri Kim Çen In da iştirak edib. Koreya ordusunun Baş Siyasi idarəsinin rəisi Kim Son Qi yeni müdafiə naziri təyin olunub. Bununla yanaşı, No Qvan Çhol KFP-nin mərkəzi rəhbər orqanından geri çağırılıb. Keçmiş nazir KFP Mərkəzi Komitəsinin Müdafiə Sənayesi Şöbəsi müdirinin birinci müavini vəzifəsinə təyin edilib. No Qvan Çhol 2024-cü ilin payızından müdafiə naziri vəzifəsini tuturdu. O, bundan əvvəl də 2018-ci ilin iyunundan 2019-cu ilin dekabrına qədər bu quruma rəhbərlik edib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az