İdman

"Qəbələ" "Şamaxı" matçında qalib müəyyənləşmədi

29 Aug 2026, 20:06 2 baxış
"Qəbələ" "Şamaxı" matçında qalib müəyyənləşmədi
Misli Premyer Liqasında III tura start verilib. Oxu.Az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb. Belə ki, "Şamaxı" "Qəbələ"nin qonağı olub. Qəbələ şəhər stadionundakı qarşılaşma qolsuz başa çatıb. Bu nəticədən sonra "Şamaxı" iki xalla 7-ci, meydan sahibləri bir xalla 10-cu pillədə qərarlaşıb. Günün ikinci görüşündə "Şəfa" "İmişli"ni qəbul edəcək. Xatırladaq ki, turun digər matçları 30-31 avqustda baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər