İdman

"Qalatasaray" ulduz hücumçunun transferi üçün rəsmi danışıqlara başladı - FOTO

29 Aug 2026, 15:04 2 baxış
"Qalatasaray" ulduz hücumçunun transferi üçün rəsmi danışıqlara başladı - FOTO
"Qalatasaray" Portuqaliya millisinin və İtaliyanın "Milan" klubunun futbolçusu Rafael Lean ilə bağlı danışıqlara başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, İstanbul təmsilçisi 27 yaşlı hücumçunun transferi ilə bağlı futbolçu və onun klubu "Milan"la rəsmi görüşlərə start verib. Qeyd edək ki, Rafael Leao 2019-cu ildən "Milan"ın formasını geyinir. Portuqaliyalı futbolçu bu müddətdə İtaliya klubunun əsas hücum silahlarından birinə çevrilib. Onun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
"Qalatasaray" ulduz hücumçunun transferi üçün rəsmi danışıqlara başladı - FOTO "Qalatasaray" ulduz hücumçunun transferi üçün rəsmi danışıqlara başladı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər