İdman
"Sabah"ın ÇL-dəki TƏQVİMİ: "Barselona" ilə nə vaxt qarşılaşacaq?
"Sabah" klubunun UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu turnirin liqa mərhələsində 8 qarşılaşmaya çıxacaq. "Sabah" klubu Bakıda "Barselona", "Borussiya Dortmund", "Slaviya Praqa" və "Napoli", səfərdə isə "Arsenal", "Mançester Yunayted", "Vilyarreal" və "Vikinq" kimi klublarla qarşılaşacaq. "Sabah"ın oyun təqvimi: I tur 10 sentyabr 23:00. "Mançester Yunayted" - "Sabah"; II tur 13 oktyabr 20:45. "Sabah" - "Slaviya Praqa"; III tur 20 oktyabr 20:45. "Sabah" - "Borussiya Dortmund"; IV tur 4 noyabr 00:00. "Vikinq" - "Sabah"; V tur 25 noyabr 21:45. "Sabah" - "Barselona"; VI tur 8 dekabr 21:45. "Vilyarreal" - "Sabah"; VII tur 20 yanvar 2027-ci il 21:45. "Sabah" - "Napoli"; VIII tur 27 yanvar 00:00. "Arsenal" - "Sabah". Qeyd edək ki, Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsi sentyabrın 8-də başlayacaq və yanvarın 27-də başa çatacaq. Hər komanda 8 fərqli rəqiblə qarşılaşacaq.
Mənbə
oxu.az