Dünya

Pentaqon Londondan hərbi xərcləri artırmağı tələb edir: Folklend adaları məsələsi gündəmdədir

29 Aug 2026, 16:00 3 baxış
Pentaqon Londondan hərbi xərcləri artırmağı tələb edir: Folklend adaları məsələsi gündəmdədir
Əgər London hərbi xərclərini artırmasa, ABŞ Böyük Britaniyanı Folklend adaları ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəcəyi ilə hədələyib. Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəsmiləri Londona hərbi büdcənin genişləndirilməsinin vacibliyini çatdırıblar. Əks halda, Böyük Britaniya "adalar üzərindəki suverenlik dəstəyindən məhrum olmaq riski" ilə üzləşə bilər. Qəzet qeyd edir ki, bu, Amerikanın müdafiə qurumunun NATO müttəfiqindən hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılmasına nail olmaq üçün nəzərdən keçirdiyi addımlardan sadəcə biridir. Mənbələrdən biri bildirib: "Hesab edirəm ki, Böyük Britaniyanın böyük potensialı olduğu üçün ona xüsusi diqqət yetiriləcək. Buna görə də biz Böyük Britaniyada stimul yaratmaq üçün səylər göstəririk". O, Folklend adaları ilə bağlı mövqeyin dəyişdirilməsindən danışarkən vurğulayıb ki, ABŞ "bu məsələdə heç bir addımı istisna etmir". Qəzetin yazdığına görə, Vaşinqton rəsmi olaraq Folklend adalarının mənsubiyyəti məsələsində neytral mövqe tutur, lakin onların Böyük Britaniya tərəfindən idarə olunduğunu tanıyır.
Mənbə oxu.az

Oxşar Xəbərlər