Digər

Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər

28 Aug 2026, 21:00 4 baxış
Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər

Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Macarıstanın rəsmi Moskvaya münasibətdə yeni siyasətindən sonra bu ölkəyə neft və qaz tədarükünün dayandırıla biləcəyini bildirib.


Axar.az xəbər verir ki, Kolesnik bu barədə “Qazeta.ru”ya açıqlamasında danışıb və enerji tədarükünün gələcəkdə sual altında qala biləcəyini deyib.


Onun sözlərinə görə, Budapeştin Rusiyanı təhlükə kimi qiymətləndirməsindən sonra Moskvanın Macarıstana enerji ixracını davam etdirib-etdirməyəcəyi məsələsi gündəmə gəlib. Deputat Macarıstanın yeni mövqeyinin Brüsselin təzyiqi ilə formalaşdığını iddia edib.

Mənbə axar.az

Oxşar Xəbərlər