İdman

"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ...

28 Aug 2026, 18:51 3 baxış
"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ...

“Qarabağ”ın dünən heyətinə cəlb etdiyi iki yeni transferə ödənilən təzminat məbləği məlum olub.


Axar.az xəbər verir ki, bu haqda Qol.az məlumat yayıb.


Məlum olduğu kimi, Ağdam təmsilçisi nigeriyalı vinger Taofik İsmaeel (Taofeek Ismaheel) və almaniyalı hücumameylli orta xətt futbolçusu və həm də vinger olan Reda Khadranı heyətinə qatıb. Hər iki futbolçu komandaya hücum xəttini gücləndirmək üçün gətirilib.


Taofik İsmaeel Polşanın “Qurnik” (Zabje) klubundan transfer olunub. 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.


Onun üçün 1,2 milyon avro (2,5 milyon manat) təzminat ödənilib.


Nigeriyalı hücumçu karyerası ərzində Norveçin “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransanın “Loryan”, Belçikanın “Beveren” və Polşanın “Lex” klublarında da çıxış edib.


“Qarabağ”ın digər yeni transferi Reda Khadra isə Fransanın “Reyms” klubundan gəlib. 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Khadra komandada 10 nömrəli forma ilə çıxış edəcək.


Məlum olub ki, Reda Khadra üçün də 1 milyon avro təzminat ödənilib.


Dortmund “Borussiya”sının yetirməsi olan bu futbolçu daha əvvəl “Brayton”, “Birminhem”, “Şeffild Yunayted”, “Blekbern” və “Havr”ın da formasını geyinib. O, Almaniyanın U-18 və U-21 milli komandalarında da çıxış edib.

Mənbə axar.az

Oxşar Xəbərlər