Dünya
Londonda "Uembli" stadionu yaxınlığındakı GÜCLÜ YANĞIN - FOTO-VİDEO
Londonda "Uembli" stadionu yaxınlığında güclü yanğın baş verib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə yanğınsöndürmə xidmətinin "X" hesabında məlumat verilib. Məlumata görə, alovlanma tullantıların emalı zavodunda başlayıb.
{{gallery}} "Nisdendə qarışıq tullantıların emalı zavodunda yanğın müəssisəni bürüyüb və hazırda böyük sənaye müəssisəsi yanır. Çox tüstü var. Ətrafdakı nəqliyyat vasitələrinin hərəkəti ciddi şəkildə çətinləşəcək", - deyə məlumatda bildirilib. Yerli sakinlərə mümkün olduqda qapı və pəncərələri bağlamaq və mümkün olduqca çölə çıxmamaq tövsiyə olunur. Yanğının səbəbi və xəsarət alanlar barədə məlumat verilmir. Qeyd edilir ki, tüstü buludları Londonun mərkəzindən kilometrlərlə uzaqda görünür. Həmçinin yanğın səbəbindən London metropoliteninin işi də pozulub.

Mənbə
oxu.az