Digər

İranda Trampı şizofren adlandırdılar

28 Aug 2026, 17:23 2 baxış
İranda Trampı şizofren adlandırdılar

ABŞ-ın Hörmüz boğazını öz ərazisi elan etməsi cəfəngiyyat və hallüsinasiyadır.


Axar.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi X hesabında yazıb.


“Şizofreniya düşüncə pozuntusu və reallığın təhrif olunmuş qavrayışı ilə özünü göstərən mürəkkəb psixoloji pozuntudur. Onun ən çox rast gəlinən simptomları hallüsinasiyalar və sayıqlamalardır”, – iranlı diplomat bildirib.


Qeyd edək ki, Donald Tramp avqustun 22-də Hörmüz boğazını artıq ABŞ ərazisi hesab etdiyini açıqlayıb. Daha sonra o, “Truth Social” platformasında Hörmüz boğazının digər ABŞ əraziləri ilə birlikdə Amerikaya məxsus olduğunu göstərən xəritə yayımlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər