İqtisadiyyat

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

28 Aug 2026, 17:40 3 baxış
Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür
Dövlət Sosial Müdafiə Fondu (DSMF) layihələrin idarə olunması, fərdi uçota nəzarət və sosial sığorta departamentləri, habelə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (SÖTMF) üçün ofis sahəsinin və binanın daxilində arxiv sahəsinin icarəsi ilə bağlı tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, müsabiqənin ehtimal olunan qiyməti 1 milyon 372 min manat təşkil edir. Tender çərçivəsində SÖTMF və digər struktur bölmələri üçün 5 040 kvadratmetr ofis sahəsinin, həmçinin binanın daxilində yerləşən 550 kvadratmetr arxiv sahəsinin icarəyə götürülməsi nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər