Kriminal

Tbilisidə su anbarında 15 yaşlı azərbaycanlının cəsədi tapıldı

28 Aug 2026, 15:24 1 baxış
Tbilisidə su anbarında 15 yaşlı azərbaycanlının cəsədi tapıldı
Gürcüstanda Tbilisi su anbarında beş gün əvvəl itkin düşən 15 yaşlı yeniyetmənin cəsədi tapılıb. Oxu.Az Marneulinews.ge-yə istinadən xəbər verir ki, xilasedicilər beş gün ərzində Ümid Sofiyevin axtarışlarını davam etdiriblər. Mövcud məlumata görə, yeniyetmə dostları ilə birlikdə Tbilisi su anbarına çimməyə gedib. Hadisə zamanı onun suda itkin düşdüyü bildirilir. Axtarışlar nəticəsində yeniyetmənin cəsədi sudan çıxarılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər