Cəmiyyət

Prokurorluq Ziya Muradovun ölümü ilə bağlı hərəkətə keçdi

28 Aug 2026, 13:20 23 baxış
Prokurorluq Ziya Muradovun ölümü ilə bağlı hərəkətə keçdi

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.


Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.


Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.

Mənbə axar.az

Oxşar Xəbərlər