İqtisadiyyat
SOCAR-ın idarəsi yeddi ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 175.7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib. Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında bildirilir. Bildirilir ki, bu, 2025-ci ilin 7 ayı ilə müqayisədə 68.6 milyon ABŞ dolları və ya 28.1% azdır. İlin ilk 7 ayı ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18.3% artaraq 2.5 milyard ABŞ dolları təşkil edib.
Mənbə
oxu.az