Siyasət

XİN: "Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edirik" - FOTO

28 Aug 2026, 11:16 28 baxış
XİN: "Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edirik" - FOTO
"Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edirik". Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib. "28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür. Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq.".
Mənbə oxu.az

Oxşar Xəbərlər