İdman
"Trabzonspor" Fatih Tekkenin istefasını qəbul etmədi
"Trabzonspor" klubu baş məşqçi Fatih Tekkenin istefa qərarını qəbul etməyib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi məlumat yayıb. "Baş məşqçimiz Fatih Tekke "Ferentsvaroş"la matçdakı məğlubiyyətdən sonra yaranan emosional gərginlik səbəbindən istefa vermək qərarına gəlib. "Trabzonspor" klubunun İdarə Heyəti olaraq, baş məşqçimizin istefa qərarını qəbul etməmişik. Fatih Tekke baş məşqçi kimi fəaliyyətini davam etdirir və Türkiyə Superliqasında "Amedspor"a qarşı keçirəcəyimiz növbəti görüşdə öz vəzifəsini icra edəcək", - deyə klubdan bildirilib. Qeyd edək ki, türkiyəli mütəxəssis UEFA Avropa Liqasının pley-off mərhələsinin "Ferentsvaroş"la səfər oyunundan (0:4) sonra istefa verdiyini açıqlamışdı.
Mənbə
oxu.az