Dünya
Kanada-ABŞ gərginliyi: Baş nazir Trampın qərarına etiraz etdi
ABŞ Prezidenti Donald Trampın "Amerika gölü" adlandırmaq qərarından sonra Kanada Ontario gölü adından istifadəyə davam edəcək. Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Mark Karni özünün "X" hesabında yazıb. O qeyd edib ki, adın mənşəyi vendat xalqının dilində "Ontari'io" sözündən gəlir, bu da "gözəl göl, böyük göl" mənasını verir. Mark Karninin sözlərinə görə, bu addan 400 ildən çoxdur ki, istifadə olunur, bu ad Kanada Konfederasiyası və ABŞ Müstəqillik Bəyannaməsindən daha əvvəl yaranıb. "Biz başa düşürük ki, ABŞ dəyişir: ölkənin ticarət münasibətləri, xarici siyasəti, milli abidələri, hidronimləri. Kanadalılar həmçinin başa düşürlər ki, hər şeyi öz adları ilə adlandırmaq lazımdır. Və bu göl Ontario adlanır - o vaxt, indi və həmişə", - deyə baş nazir qeyd edib. Ontario gölü ABŞ və Kanada sərhədindəki beş böyük göldən biridir və Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik okeanına çıxmazdan əvvəl onların zəncirində sonuncudur. Gölün su səthinin sahəsi təxminən 19 000 kvadrat kilometrdir, orta dərinliyi 86 metr, maksimum dərinliyi isə 244 metr təşkil edir. Həcminə görə Ontario Böyük göllərin ikinci ən kiçik gölüdür.
Mənbə
oxu.az