Cəmiyyət

İki yük maşını toqquşdu: ölən var

28 Aug 2026, 11:37 4 baxış
İki yük maşını toqquşdu: ölən var

Bakı-Qazax yolunda “Mersedes” markalı iki yük avtomobili toqquşub.


Axar.az xəbər verir ki, hadisə bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.


Qəza nəticəsində “Mercedes Atego” markalı yük avtomobilinin sürücüsü, 46 yaşlı Cabbar Cabbarov ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər