İdmançımız qitə yarışının ən yaxşı kişi idmançısı seçildi
Kosovanın paytaxtı Priştinada keçirilmiş Avropa birinciliyinin yekunlarına əsasən Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitəmiqyaslı yarışın ən yaxşı kişi idmançısı adını qazanıb.
Bu barədə Axar.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.
SİNCLAİR cədvəli əsasında aparılan hesablamalara görə, təmsilçimiz birincilikdə iştirak edən bütün rəqiblərini qabaqlayıb. O, ən yaxın izləyicisi olan Ermənistan idmançısı Tiqran Avetisyanı 18 əmsal üstələyib.
Xatırladaq ki, Musab Məmmədtağıyev 70 kq çəki dərəcəsində 3 qızıl medal qazanıb.
Digər mükafat isə oğlan atletlərin çıxışı ilə bağlıdır. Komanda toplamda qazandığı medalların sayına və əyarına görə 24 komanda arasında 5-ci olub. Maraqlıdır ki, burada da idmançılarımız Ermənistan kollektivini geridə qoyub. İlk 6 kollektivin sıralanması aşağıdakı kimidir:
Gürcüstan
Rusiya
Türkiyə
Bolqarıstan
Azərbaycan
Ermənistan