Digər
Polşa nüvə silahlarını istəmir - Zalevski
Polşa öz ərazisində nüvə silahlarının yerləşdirilməsini istəmir.
Axar.az xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Pavel Zalevski deyib.
"Xeyr, bu, çox aydın və açıq şəkildə bildirmək istədiyim bir şeydir. Polşa öz ərazisində nüvə başlıqları istəmir", - deyə o bildirib.
Zalevski əlavə edib ki, Varşava ABŞ-ın ölkədəki hərbi mövcudluğunun davamlı şəkildə artırılmasında maraqlıdır. O, ABŞ Prezidenti Donald Trampın Polşaya əlavə qoşun göndərilməsi ehtimalı ilə bağlı sözlərini xatırladıb.
Mənbə
axar.az