İdman

Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı"

27 Aug 2026, 22:24 5 baxış
Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı"
"Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev komandanın tarixində ilk dəfə UEFA Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazanmasından sonra yaşadığı hisslərdən danışıb. Oxu.Az xəbər verir ki, İsayev fikirlərini Rusiyanın "Çempionat" saytının müxbiri ilə bölüşüb. "Əlavə olunmuş dördüncü dəqiqədə qol vuranda hər şey gözümün qarşısında sanki yavaşladılmış rejimdə baş verirdi. Hətta videoda da görünür: dəli kimi sevinməyə qaçmıram. Uşaqlar qaçdı, mən isə sanki keyimişdim. Bir növ oyaq ikən görülən yuxu kimi idi. Bu qol bizə əlavə güc verdi. Əlavə vaxtda standart vəziyyətdən ötürmə edərkən uzaqdan mənə elə gəldi ki, Orfe Mbina qapıdan kənara zərbə endirdi. Baxıram, hamı qaçır, mən isə nə baş verdiyini anlamıram. Cəmi 15 dəqiqə ərzində gözlərimdə dünya iki dəfə dayandı. Yalan demirəm! Final fitindən sonra rahatlıq və göz yaşları oldu. Özümə söz vermişdim ki, Çempionlar Liqasında olacağam və iki il bu məqsədə doğru irəlilədim. Artıq mən oradayam!" - deyə İsayev vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər