Cəmiyyət

Hövsanda açıq ərazidə yanğın başlayıb

27 Aug 2026, 19:32 3 baxış
Hövsanda açıq ərazidə yanğın başlayıb
Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verib. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər