Cəmiyyət

Bu il ali təhsil müəssiələrində boş qalan plan yerlərinin sayı AÇIQLANDI

27 Aug 2026, 14:00 3 baxış
Bu il ali təhsil müəssiələrində boş qalan plan yerlərinin sayı AÇIQLANDI
Bu il ali təhsil müəssisələrində boş qalan plan yerlərinin sayı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Abituriyent" jurnalının 7-ci buraxılışında qeyd olunub. Belə ki, I ixtisas qrupu üzrə dövlət ali təhsil müəssisələrində 525, özəl ali təhsil müəssisəsində 8; II ixtisas qrupu üzrə dövlət ali təhsil müəssisələrində 293, özəl ali təhsil müəssisələrində 64; III ixtisas qrupu üzrə dövlət ali təhsil müəssisəsində 5; IV ixtisas qrupu üzrə dövlət ali təhsil müəssisələrində 324, özəl ali təhsil müəssisələrində 83 plan yeri boş qalıb. Beləliklə toplam 1 012 plan yeri üzrə 28 199 abituriyent mübarizə aparacaq Xatırladaq ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri (o cümlədən 4 215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər