Digər
Fransada maşını insanların üzərinə sürdü: 1 ölü, 7 yaralı - Video
Fransanın Kan şəhərində naməlum şəxs avtomobili insanların üzərinə sürüb.
Axar.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin dəmiryol vağzalı yaxınlığında, tramvay gözləyən insanların olduğu ərazidə baş verib. Avtomobilin sürücüsü qəsdən piyadaların üzərinə sürüb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.
Polis 26 yaşlı şübhəlini saxlayıb.
Mənbə
axar.az