Dünya

ABŞ-də təyyarə qəzası: Dörd nəfər öldü

27 Aug 2026, 13:36 2 baxış
ABŞ-də təyyarə qəzası: Dörd nəfər öldü
Alyaska (ABŞ) sahillərində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub. Hava gəmisi ucqar Seldoviya qəsəbəsi yaxınlığında dayaz sulara düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "Independent" nəşri rəsmi qurumların məlumatına istinadən məlumat yayıb. Məlumata görə, "Piper PA-24" tipli təkmühərrikli təyyarə Ankoricdən havaya qalxıb, şəhərdən təxminən 219 kilometr cənub-qərbdə yerləşən Seldoviya hava limanına enməli imiş. Təyyarədə olan dörd nəfərin hamısının meyiti sudan çıxarılıb. Həlak olanların şəxsiyyəti qohumlarına hadisə barədə rəsmi məlumat verilənə qədər gizli saxlanılır. Meyitlər məhkəmə-tibbi ekspertizasına göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər