Cəmiyyət
Abşeronda ağır QƏZA: Avtomobil yol kənarına aşıb - VİDEO
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Qeyd olunub ki, hadisə gecə saatlarında Güzdəkdən Puta istiqamətinə gedən yolda qeydə alınıb. Belə ki, "Chevrolet" markalı avtomobil naməlum səbəbdən yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və avtomobil yararsız vəziyyətə düşüb. Xəsarət alan və ya ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur. Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.

Mənbə
oxu.az