Dünya
İspaniyada "Tomatina" festivalı: Pomidor döyüşündə 150 ton məhsul sərf olundu - FOTO - VİDEO
İspaniyanın Valensiya muxtar regionundakı Bunyol şəhərində təşkil edilən ənənəvi pomidor döyüşünə 22 minə yaxın insan qatılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Las Provincias" nəşri məlumat yayıb. Bildirilir ki, məşhur "Tomatina" festivalı bu il 79-cu dəfə keçirilib. Bir saat çəkən əyləncəli "döyüş" zamanı iştirakçılar tərəfindən 150 ton pomidor sərf olunub ki, bu göstərici 2025-ci ildəkindən 30 ton çoxdur. Xəsarət riskini azaltmaq üçün tərəvəzlər əvvəlcədən toplanır və daha yumşaq vəziyyətə gəlməsi üçün xüsusi temperatur şəraitində saxlanılır. Təhlükəsizliyin tam təmin edilməsi məqsədilə bütün gün ərzində ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri növbə çəkirlər.
Nəşrin yazdığına görə, tədbir zamanı bibər qazından istifadə edildiyi üçün ən azı dörd nəfər həkim köməyinə müraciət edib. Əhalisi 10 min nəfərdən az olan Bunyolda "Tomatina" festivalı dövründə irimiqyaslı bayram tədbirləri təşkil olunur. Tədbir proqramına yarmarkalar, teatr və musiqi səhnələri, müxtəlif müsabiqələr daxildir. İştirakçılara həmçinin İspaniyanın ənənəvi paelya yeməyini dadmaq imkanı yaradılır. Bu şənliklər şəhərin qoruyucusu hesab edilən Müqəddəs Lui Bertranın şərəfinə təşkil olunan və bir həftə davam edən festivalın başlanğıcı ərəfəsinə təsadüf edir. Qeyd edək ki, ilk belə "döyüş" 1945-ci ilin avqustunda keçirilib.
{{gallery}}

Mənbə
oxu.az