Cəmiyyət
Bəzən kənar təsirdən avtomobilinizə dəyən ziyanı özünüz ödəməli olacaqsınız - Qanun nə deyir? - VİDEO
Azərbaycanda avtomobilə dəyən ziyanın sığorta tərəfindən ödənilməsi qaydası qəzanın başvermə formasına və sığorta növünə görə dəyişir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu təsadüf nəticəsində avtomobilə dəymiş ziyanla bağlıdır. Öndə gedən maşının təkərinin altından daş və ya dəmir parçası sıçrayıb sizin avtomobilinizə ziyan verirsə, bu zaman zərərin ödənilmə forması fərqli ola bilər.
Əgər daş və ya dəmir parçası qarşıdakı avtomobildən düşübsə - məsələn, yük düzgün bərkidilməyib və ya avtomobildən detal qopubsa, bu halda həmin avtomobilin sürücüsünün məsuliyyəti yarana bilər və bu zaman icbari sığorta məsələsi gündəmə gəlir. Yox, əgər bu təsadüf nəticəsində olubsa, yəni hərəkətdə olan avtomobilin təkərinin altından daş və başqa əşya maşınınıza xəsarət yetirirsə, onda qarşıdakı maşının sahibi məsuliyyət daşımır. Ancaq bu zaman maşınınız kasko sığorta edilibsə və müqavilədə bu kimi hallar qeyd olunubsa, o zaman zərəri sığorta şirkəti qarşılaya bilər.

Mənbə
oxu.az