İdman
Rud Neysdat "Qarabağ"la oyun öncəsi iddialı danışdı
"Birinci oyundakı səhvlərimizdən nəticə çıxarmışıq". Oxu.Az xəbər verir ki, bu sözləri Niderlandın "Tvente" klubunun futbolçusu Rud Neysdat UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində "Qarabağ"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib. "İstərdik ki, avrokuboklarda mübarizəmizi davam etdirək. Məğlub olacağımız təqdirdə yerli çempionata köklənəcəyik. Məğlubiyyətlər bizə neqativ təsir edir. Lakin yolumuza davam etməliyik. Biz məğlubiyyət haqqında düşünmürük. Əlimizdən gələni edəcəyik ki, Avropada yolumuza davam edək", - deyə o bildirib.
Mənbə
oxu.az