Dünya

Yaponiyanın yeni enerji strategiyası: Hörmüz boğazına alternativ yollar axtarışında

26 Aug 2026, 17:34 2 baxış
Yaponiyanın yeni enerji strategiyası: Hörmüz boğazına alternativ yollar axtarışında
Yaponiya hökuməti Yaxın Şərqdə neftin Hörmüz boğazından yan keçməklə nəqlini təmin edəcək alternativ neft kəmərlərinin inşasına dəstək verməyi planlaşdırır. Oxu.Az-ın NHK telekanalına istinadən verdiyi məlumata görə, bu addım ölkənin dayanıqlı enerji təchizatına yönəlmiş yeni plana daxil ediləcək. Məlumata görə, Yaxın Şərqdəki vəziyyət fonunda Yaponiyanın Baş naziri Sanae Takaiçi 2026-cı ilin iyununda hökumətə enerjidaşıyıcılarının fasiləsiz tədarükünü təmin etmək üçün "Kompleks paket" tədbirlərinin hazırlanmasını tapşırıb. Hökumət bu paketi avqustun 26-da daha ekoloji təmiz və aşağıkarbonlu enerjiyə keçidi nəzərdə tutan "yaşıl" transformasiya (GX) strategiyasının icrasına həsr olunmuş iclasda təsdiqləməyi nəzərdə tutur. Strategiya çərçivəsində Hörmüzdən kənar alternativ neft kəmərlərinin inşasının dəstəklənməsi, xammalın alışı mənbələrinin şaxələndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, neft-kimya sənayesində istifadə olunan maye karbohidrogen xammalı olan nafta istehsalı üçün neft ehtiyatlarının formalaşdırılması da həyata keçiriləcək tədbirlər sırasındadır.
Mənbə oxu.az

Oxşar Xəbərlər