Cəmiyyət
Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq
Ağcabədi şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 27-də saat 10:00-dan işlər yekunlaşanadək Ağcabədi şəhərinin bir sıra küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.
Mənbə
oxu.az