Cəmiyyət
Azərbaycan-Gürcüstan sərhədində SON VƏZİYYƏT
Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, növbələr minimuma enib. Hazırda Azərbaycandan çıxış istiqamətində "Qırmızı Körpü" dövlət sərhədindən buraxılış məntəqəsində 330, "Mazımqara" dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.
Mənbə
oxu.az