Cəmiyyət

Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - Video

26 Aug 2026, 12:28 2 baxış
Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - Video

Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Avtosfer.az-a istinadla xəbər verir ki, "Bus Trans" MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobiliə toqquşub.


Daha sonra avtobus SOCAR-ın Təlim və Tədris Mərkəzinin hasarına çırpılıb.


İlkin məlumata görə, avtobus sürücüsü işıqforda dönmə əməliyyatını düzgün icra etməyib və digər nəqliyyat vasitələrinə çırpılıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb, toqquşan avtomobillərin sürücüləri xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər