Cəmiyyət
Tanınmış vəkilin məmur qardaşı ağır xəstəlikdən öldü - FOTO
Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat edib. Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Emin İsa oğlu Babayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, icra Hakimiyyətində böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi idi. Qeyd edək ki, o, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Vüqar Babayevin qardaşıdır.
Mənbə
oxu.az