Digər

Budanov açıqladı: Ukraynanın ən çox ehtiyac duyduğu...

26 Aug 2026, 08:30 3 baxış
Budanov açıqladı: Ukraynanın ən çox ehtiyac duyduğu...

Hava hücumundan müdafiə Kiyev üçün prioritetdir.


Axar.az “La Stampa” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.


Budanov qeyd edib ki, Kiyevin hazırda dörd şeyə ehtiyacı var:


"Birincisi, hava hücumundan müdafiə sistemləri üçün sursat. Hər bir ələ keçirilən ballistik raket xilas edilmiş bir ev, bütöv qorunmuş bir məktəb, ölümdən xilas edilmiş insanlardır. İkincisi, birgə istehsal: biz artıq döyüş əməliyyatları üçün lazım olanın yarısından çoxunu istehsal edirik, lakin bizə yeni lisenziyalar, texnologiyalar və birgə müəssisələr lazımdır. Bu, bizə tərəfdaş ölkələrin siyasi dövrlərindən asılı olmamağa imkan verərdi. Üçüncüsü, proqnozlaşdırıla bilən maliyyələşdirmə; əks halda ordu əməliyyatlar planlaşdıra bilməz. Bağışlayın, amma dördüncüsü də var ki, bu, təkcə bizi narahat etmir. Qara dənizdə naviqasiya təhlükəsizliyi...".

Mənbə axar.az

Oxşar Xəbərlər