Dünya

Türkiyədə maraqlı xilasetmə əməliyyatı: Evə girməyə çalışan ilan pəncərədə ilişib qaldı - VİDEO

26 Aug 2026, 06:31 3 baxış
Türkiyədə maraqlı xilasetmə əməliyyatı: Evə girməyə çalışan ilan pəncərədə ilişib qaldı - VİDEO
Türkiyənin Hatay vilayətində maraqlı hadisə baş verib. Dörtyol rayonunda pəncərənin arasından evə girmək istəyən ilan oradaca ilişib qalıb və çıxa bilməyib. Oxu.Az bu barədə İHA-ya istinadən xəbər verir. Ev sahibinin zəngindən sonra hadisə yerinə yanğınsöndürmə qrupları gəlib və ilanı çıxarmaq üçün işə başlayıblar. Onlar ilana zərər vermədən onu ilişib qaldığı yerdən çıxara biliblər.

Daha sonra xilas edilən ilan təbii yaşayış mühitinə buraxılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər