Dünya

Yaponiyada 360 tonluq qülləni əlləri ilə hərəkət etdirdilər

26 Aug 2026, 05:31 3 baxış
Yaponiyada 360 tonluq qülləni əlləri ilə hərəkət etdirdilər
Yaponiyanın Aomori prefekturasında 1 800 nəfər ənənəvi "hikiya" texnikasından istifadə edərək Hirosaki qəsrinin əsas qülləsini iki metr məsafəyə sürüşdürüblər. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qeyd olunur ki, Yaponiyanın şimalında toplaşan insanlar qəsr qülləsini ilkin yerinə iki metrdən çox yaxınlaşdırmaq üçün bir araya gəliblər. Yeri dəyişdirilən strukturun çəkisi təqribən 360 tondur. "Hikiya" metodunun tətbiqi tarixi tikilini sökmədən bu prosesi həyata keçirməyə imkan yaradıb: qüllə xüsusi diyircəkli dayaqlar üzərinə qoyularaq relslər vasitəsilə hərəkət etdirilib. Bu işlərin əsas məqsədi zədələndiyi üçün bərpası tələb olunan divarlardan birinin təmirini başa çatdırmaqdır. Təşəbbüsdə iştirak etmək üçün 8 mindən çox müraciət qeydə alınıb və təşkilatçılar onların arasından 1 800 könüllünü seçiblər. İştirakçılar hər biri 80 nəfərdən ibarət qruplara bölünüblər. Komandalar 30 metrlik kəndirlərin köməyi ilə abidəni dartaraq onu tədricən lazımi məsafəyə qədər çəkiblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər