Dünya

Benzin və aseton qoxusuna meyillilik nəyin əlamətidir? - Həkim səbəbini açıqladı

26 Aug 2026, 06:02 3 baxış
Benzin və aseton qoxusuna meyillilik nəyin əlamətidir? - Həkim səbəbini açıqladı
Orqanizmdə dəmir çatışmazlığının olmasından bir neçə qeyri-adi əlamətə əsasən şübhələnmək olar. Oxu.Az-ın xəbərinə görə, bu barədə ginekoloq Kamil Baxtiyarov öz "Telegram" kanalında danışıb. Kamil Baxtiyarov dəmir çatışmazlığının qeyri-tipik simptomları arasında qəribə qida istəklərini və kəskin qoxulara meyilliliyi vurğulayıb. Məsələn, insanda təbaşir, buz və ya çiy xəmir yemək, eləcə də benzin və ya aseton iyləmək istəyi yarana bilər. Diqqət yetirilməli digər simptomlar arasında mütəxəssis daimi yorğunluq, səhərlər bədəndə şişkinlik, göz altında torbalar, gəzinti və ya yüngül fiziki yüklənmə zamanı nəfəs darlığı, sürətli nəbz, ətrafların soyuq olması, qol və ayaqlarda əzələ spazmları, başgicəllənmə, gözlərdə qaralma, yüksək narahatlıq, tez-tez soyuqdəymə, həmçinin dərinin, saçların və dırnaqların pis vəziyyətdə olmasını qeyd edib. Həkim əlavə edib ki, dəmir preparatları müəyyən qaydalara uyğun qəbul edilməlidir. Bu qaydalara əməl olunarsa, onların effektivliyi arta bilər. Kamil Baxtiyarov anemiyası olan insanlara xelatlı və ya liposomal dəmir seçməyi tövsiyə edib. "Səhər acqarına, yeməkdən 30-60 dəqiqə əvvəl və ya mədəniz həssasdırsa, yeməkdən iki saat sonra qəbul etmək lazımdır. Ən yaxşısı bir gündən bir (günaşırı) qəbul etməkdir. Dəmir qanda hepsidin səviyyəsini artırır və bu da onun udulmasını 24 saat ərzində bloklayır", - deyə həkim qeyd edib. Dəmir C və B12 vitaminləri, eləcə də fol turşusu ilə daha yaxşı mənimsənilir. Lakin həkim onun maqnezium, sink, kalsium, süd məhsulları, qəhvə, çay, kakao, yulaf əzməsi, tam taxıllı çörək və mədə qıcıqlanmasına qarşı dərmanlarla birlikdə qəbul edilməsindən çəkinməyi tövsiyə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər