Dünya
İran və Oman Hörmüz boğazında müvəqqəti dəhliz yaratmaq barədə razılığa gəliblər
İran və Oman Hörmüz boğazında birgə idarə olunacaq müvəqqəti dəniz dəhlizinin yaradılması barədə razılığa gəliblər. Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi danışıqların yekunlarına dair "Telegram" kanalında məlumat yayıb. "Xarici işlər nazirləri Hörmüz boğazında gəmiçiliyin bərpası üçün gələcək addımların mərhələli planını müzakirə ediblər. Bu təşəbbüs birgə idarə olunacaq müvəqqəti gəmiçilik dəhlizinin yaradılmasını nəzərdə tutur", - deyə sənəddə qeyd olunub. Tərəflər həmçinin "müvəqqəti dəhlizin birgə səylərlə minalardan təmizlənməsi" barədə razılığa gəliblər. İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, İran və Oman Hörmüz boğazından keçən daimi marşrut yaratmağı planlaşdırır və bu məsələni Fars körfəzi ölkələri ilə müzakirə etməyə hazırdır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər