Cəmiyyət

Bu xəstəxanada onlayn növbə sistemi istifadəyə verildi

25 Aug 2026, 23:33 1 baxış
Bu xəstəxanada onlayn növbə sistemi istifadəyə verildi

Mərkəzi Neftçilər Xəstəxanasının onlayn növbə sisteminə qoşulması prosesi tamamlanıb.


Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.


Hazırda sistem üzərindən 11 ixtisas üzrə həkim (pulmonoloq, endokrinoloq, revmatoloq, nevroloq, otorinolarinqoloq (LOR), kardioloq, nefroloq, infeksionist, mama-ginekoloq, uroloq və terapevt) qəbuluna onlayn növbə götürmək mümkündür.


Vətəndaşların onlayn növbə sistemindən rahat istifadəsinin təmin edilməsi məqsədilə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında könüllülər fəaliyyət göstərir. Onlar vətəndaşların qarşılanması və sistemdən istifadə ilə bağlı istiqamətləndirmənin aparılmasına dəstək göstərirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər