Cəmiyyət
Laçında regionun ən böyük məscidlərindən biri inşa olunur: DETALLAR - VİDEO
Laçın şəhərində böyük məscid kompleksi inşa olunur. Oxu.Az-ın məlumatına görə, məscid Laçın şəhərinin mərkəzi hissəsində tikilir. Müasir memarlıq üslubunda inşa olunan məscid üç mərtəbə, bir minarə və namazgah otaqlarından ibarətdir. Məscidin binasının tikinti işləri artıq tamamlanıb.
Hazırda minarənin tikintisində tamamlanma işləri görülür. Heydər Əliyev Fondunun maliyyəsi ilə inşa olunan məscidin bu ilin sonunda istifadəyə veriləcəyi bildirilir.
Hazırda minarənin tikintisində tamamlanma işləri görülür. Heydər Əliyev Fondunun maliyyəsi ilə inşa olunan məscidin bu ilin sonunda istifadəyə veriləcəyi bildirilir.
Mənbə
oxu.az