İdman

"Yuventus"da Kenan Yıldız itkisi: Türkiyəli futbolçu uzun müddət oynamayacaq

25 Aug 2026, 13:24 3 baxış
"Yuventus"da Kenan Yıldız itkisi: Türkiyəli futbolçu uzun müddət oynamayacaq
"Yuventus"un türkiyəli yarımmüdafiəçisi Kenan Yıldız İtaliya A Seriyasının ilk turunda "Frozinone"yə qarşı keçirilən oyunda (1:0) ağır zədə alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb. Bildirilib ki, Türkiyə millisinin 21 yaşlı futbolçusuna sol ayağının pəncəsinin sınması diaqnozu qoyulub. Tibbi yoxlanışdan sonra oyunçunun cərrahi müdaxiləyə ehtiyacı olduğu məlum olub. Yıldızın bərpa prosesinin təxminən üç ay çəkəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, ciddi zədə alan gənc oyunçu qarşılaşmanın 69-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər