Cəmiyyət
Dünyaca məşhur bloqer Yuji Beleza Bakıdakı maraqlı dialoqunu paylaşdı - VİDEO
Tanınmış yapon-irlandiyalı bloqer və poliqlot Yuji Beleza Bakıdadır. Oxu.Az xəbər verir ki, o, Azərbaycanın paytaxtında olduğunu "Instagram" sosial şəbəkəsində paylaşdığı video ilə bildirib.
Yuji Beleza müxtəlif ölkələrə səyahətləri zamanı çəkdiyi videolarla tanınır. O, videolarında yerli sakinlərlə söhbətləşir və gözlənilmədən onların doğma dilində danışaraq qarşısındakıları təəccübləndirir. Yuji Beleza bu dəfə İçərişəhərdə söhbətləşərkən təsadüfən həmvətəninə rast gəlib. Gənc oğlanın yapon olduğunu öyrənən bloqer onunla maraqlı söhbət edib. Söhbət zamanı məlum olub ki, şirkət əməkdaşı olan yapon gənc Bakıya səyahətə gəlib. O, Azərbaycanda ən çox pişikləri bəyəndiyini deyib: "Burada çoxlu pişik var. Şirin və mehribandırlar. Ən çox pişiklər mənə rahatlıq verir". Yapon gənclə birlikdə şəhərdə gəzən azərbaycanlı qızın yapon dilini bilməsi isə Yuji Belezanı təəccübləndirib. Nigar adlı qız yapon gənclə dost olduğunu və bir il yarımdır yapon dilini öyrəndiyini bildirib. Sonda Yuji Beleza Azərbaycan dilindəki biliklərini nümayiş etdirərək dediyi cümlələri yapon gəncə təkrarladıb. Qeyd edək ki, yapon və irlandəsilli bloqer Yaponiyada böyüyüb. Hazırda o, dünyanın tanınmış poliqlot bloqerlərindən biri hesab olunur. Onun "Instagram" səhifəsini təxminən 7.4 milyon istifadəçi izləyir. "TikTok"dakı auditoriyasının sayı isə 10 milyondan çoxdur.

Mənbə
oxu.az