Dünya

Tramp Kanadanı HƏDƏLƏDİ: "Nəticələr daha pis olacaq"

25 Aug 2026, 00:54 2 baxış
Tramp Kanadanı HƏDƏLƏDİ: "Nəticələr daha pis olacaq"
ABŞ Prezidenti Donald Tramp Kanada rəhbərliyinin nümayəndələrini "kloun" adlandıraraq Vaşinqtonla Ottava arasında münasibətlərin ciddi şəkildə pisləşə biləcəyi barədə xəbərdarlıq edib. Oxu.Az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "ABŞ hər zaman Kanadadan daha böyük, daha zəngin və daha güclü olacaq. Birləşmiş Ştatlar olmasa, Kanada yaşaya bilməz. Onlar bütün pullarını oradan alırlar", - deyə Tramp vurğulayıb. * ABŞ-Kanada arasında gərginlik ARTIR - Tramp yeni tarifləri AÇIQLADI * Kanada ABŞ ilə ticarət sazişini yekunlaşdırmaqdan imtina etdi O, ikitərəfli ticarətdə ziddiyyətlərin kəskinləşməsi fonunda Kanadanın Ontario əyalətinin qubernatoru Duqlas Fordun ABŞ administrasiyasının ünvanına səsləndirdiyi tənqidi fikirləri şərh edib. Bununla yanaşı, Tramp Kanadanın Baş naziri Mark Karni haqqında da təhqiramiz ifadələr işlədərək onu "qubernator" adlandırıb. "Yadda saxlayın ki, Kanadanın aldığı böyük həcmdə elektrik enerjisi, neft və qaz ABŞ ərazisindən nəql olunur", - deyə Tramp bildirib. O, Kanada liderləri haqqında "bu klounlar" ifadəsini işlədib və əlavə edib ki, onlar tezliklə "sıraya düzülsələr" yaxşıdır, əks halda "Kanada üçün nəticələr daha pis olacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər