Cəmiyyət

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış oldu

24 Aug 2026, 21:08 45 baxış
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış oldu

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub.


Axar.az xəbər verir ki, Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir.


İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib.


Hazırda Buxarada ilk Biennaledə nümayiş olunan əsərlərin bir hissəsi yenidən sərgilənir. Ekspozisiyada yerli və xarici müəlliflərin 70-ə yaxın əsərini görmək mümkündür.


2027-ci ildə ikinci Buxara Müasir İncəsənət Biennalesinin keçirilməsi planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər