Digər
Bizi KTMT-dən çıxarsalar, sevinərəm - Paşinyan
Hökumətin KTMT-də fəaliyyətini bərpa etmək planı yoxdur.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üçün proqramının təqdimatında deyib.
“Ermənistanın KTMT-yə qayıtmaq və ya təşkilat daxilində fəaliyyətini bərpa etmək planı yoxdur. Əminliklə deyə bilərəm ki, KTMT daxilində işimizi gücləndirməyəcəyik. Bilirəm ki, təşkilat bu məsələni müzakirə edir və nizamnamə bir ölkənin təşkilatdan çıxarılması ehtimalı nəzərdə tutulur. Təşkilat Ermənistanı KTMT-dən çıxarmaq qərarına gəlsə, sevinərəm”, - Paşinyan bildirib.
Mənbə
axar.az