Kriminal

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb

24 Aug 2026, 14:00 3 baxış
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli "Metadon M-40" həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Oxu.Az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 21-də 26 kiloqram 5 qram narkotik vasitəni və 1000 ədəd psixotrop tərkibli "Metadon M-40" həbini ölkə ərazisinə keçirməyə cəhd göstərən bir nəfər, avqustun 22-də isə 29 kiloqram 100 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən üç nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Mənbə oxu.az

Oxşar Xəbərlər