Cəmiyyət

Lənkəran xəstəxanasına yeni direktor TƏYİN OLUNDU - FOTO

24 Aug 2026, 12:32 17 baxış
Lənkəran xəstəxanasına yeni direktor TƏYİN OLUNDU - FOTO
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni direktor təyin olunub. Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb. Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad RMX-nin, 2020-2025-ci illərdə isə Astara RMX-nin direktoru vəzifələrində çalışıb. Xatırladaq ki, bundan əvvəl Lənkəran RMX-nin direktoru Nuridə Məmmədova olub. O bu ayın əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar öz istəyi ilə tutduğu vəzifədən azad olunub. Fotoda Oktay Əmənullayev
Lənkəran xəstəxanasına yeni direktor TƏYİN OLUNDU - FOTO Lənkəran xəstəxanasına yeni direktor TƏYİN OLUNDU - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər