Digər

Qazaxıstanda ilkin nəticələr açıqlandı - Siyahı

24 Aug 2026, 10:27 2 baxış
Qazaxıstanda ilkin nəticələr açıqlandı - Siyahı

Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərin ilkin nəticələrini açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qeyd olunub.


“Ədalət” partiyası – 71,17 %, Ümummilli Sosial-Demokrat Partiyası – 5,11 %, "Baytak" Qazaxıstan Yaşıllar Partiyası – 1,7 %, Qazaxıstan Xalq Partiyası – 3,11 %, "Auıl" Xalq-Demokratik Vətənpərvər Partiyası – 6,26 %, "AK jol" Demokratik Partiyası – 5,21 %, "Respublika" partiyası – 5,56 %, "Hamıya qarşı" – 2,51 %", - məlumatda bildirilib.


5%-dən az səs toplayan "Xalq partiyası" və "Baytak" parlamentə düşə bilməyib.


Qazaxıstan MSK-nın sədri Nurlan Abdirovun sözlərinə görə, seçkilərdə ümumilikdə 9.351.539 nəfər və ya siyahılara daxil edilmiş vətəndaşların 73,8 faizi iştirak edib.


Qeyd edək ki, dünən Qazaxıstanda ölkənin yeni birpalatalı parlamenti - Qurultayın deputatlarının ilk seçkiləri keçirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər