Cəmiyyət

Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək

24 Aug 2026, 10:44 2 baxış
Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 2 milyon 538 min manatdır. Satınalma sənədlərinə əsasən, işlər çərçivəsində Ağdaş rayon 5 saylı tam orta məktəbdə dam örtüyünün sökülməsi, dam konstruksiyalarının ağac elementlərinin sökülməsi, qəlibin qurulması, A-1 və A-3 sinifli armaturdan istifadə olunması nəzərdə tutulur. Belə ki, 1 023.81 kvadratmetr dam örtüyünün sökülməsi, eyni həcmdə dam konstruksiyalarının ağac elementlərinin sökülməsi, 12 kubmetr qəlibin qurulması, 0.32 ton A-1 və 0.532 ton A-3 sinifli armaturun istifadəsi planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər