Siyasət
Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident
Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev təltifolunma mərasimində çıxışında deyib.
"Əlbəttə, bu yüksək mükafatı alarkən Özbəkistan Prezidenti Şövkət Miromonoviç Mirziyayevin ikitərəfli münasibətlərimizin möhkəmlənməsindəki xüsusi rolunu, xalqımıza qarşı səmimi münasibətini və Qarabağın bərpasında göstərdiyi köməyi qeyd etmək istərdim. Mən bu gün artıq bu barədə danışdım və Azərbaycanda hamı bilir ki, dünyada Qarabağın bərpasında bizə ilk kömək edən Prezident, ilk ölkə Prezident Mirziyayev və Özbəkistandır", - Azərbaycan lideri qeyd edib.
Mənbə
axar.az